Bu universitetə yeni prorektor təyin edildi - FOTO

Naxçıvan Dövlət Universitetinə sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor təyin edilib.
Redaktor.az "Azərbaycan müəllimi"nə istinadla xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.
Əmrə əsasən, bu vəzifəyə Nicat Yaqubov təyin olunub.
Filologiya üzrə fəlsəfə doktoru, dosent Nicat Yaqubov bundan öncə Naxçıvan Dövlət Universitetinin “Azərbaycan dili və ədəbiyyatı” kafedrasının dosenti, Naxçıvan Dövlət Universiteti Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsində çalışıb.