"Dilənçi payı" bu gün yerini "hinduşkabaş"a verir

"Təhsil mahiyyət olaraq, məktəb bir mühit olaraq təəssüf ki, getdikcə daha da zədələnir".
Redaktor.az xəbər verir ki, bunu STM-in əməkdaşı, təhsil eksperti Elmin Nuri son zamanlar məktəb direktorları ilə bağlı üzə çıxan neqativ hadisələrə münasibət bildirərkən deyib.
"Dünən "dilənçi payı" bu gün yerini "hinduşkabaş"a verir. Təhsilin energetikası daha da öləziyir, işığı daha da sönür... Bütün bunlar artıq SOS rolunu oynamalıdır.
Əks halda, zədələnmə intervalı daha da sürətlənib və daha böyük problemlərə yol açacaq", - deyə o qeyd edib.
Turan İSMAYIL