Bakıda direktor işə gəlmir, məktəbi onlayn idarə edir

 23:59 05.03.2025     213

Dərslər pulla satılır, direktor isə məktəbi onlayn idarə edir.

Redaktor.az Xəzər TV-yə istinadən xəbər verir ki, paytaxtın Biləcəri qəsəbəsində yerləşən 301 nömrəli tam orta məktəbin müəllimləri belə bir iddia ilə çıxış ediblər.

Məktəbin müəllim kollektivi ilə direktor Sevda Sarıyeva arasında yaşanan problemlər illərdir ki, bitmir.

Müəllimlərin sözlərinə görə, onlar direktor tərəfindən təhqir, hətta təhdid də edilirlər.

Müəllimlərin iddialarına görə, direktor tərəfindən məktəbin bir korpusu da bağlanıb. Səbəb kimi binanın qəzalı vəziyyətdə olduğu bildirilib. Amma həmin binada hazırda sakinlər yaşayırlar.

Müəllimlər üzləşdikləri problemlərlə bağlı müxtəlif dövlət qurumlarına müraciət ediblər.

Ətraflı süjetdə: