"Madam bu işi haqqı ilə görə bilmirsinizsə, etməyin" - Ekspertdən DİM-ə ETİRAZ

"Çox təəssüflər olsun ki, DİM hələ də ingilis dilində dinləmə suallarında abituriyentlərə problem yaşadır".
Redaktor.az xəbər verir ki, bu barədə təhsil eksperti Ramin Nurəliyev öz "Facebook" səhifəsində yazıb.
Onun sözlərinə görə, ötən gün imtahana girən abituriyentlərin ən böyük narazılığı ingilis dilində dinləmə sualları ilə bağlıdır.
"Ey DİM, əgər ingilis dilindən dinləmə suallarında abituriyentlərin narazılığı ilə qarşılaşacaqsınızsa, niyə bu tipli sualları salırsınız? Madam bu işi haqqı ilə görə bilmirsinizsə, etməyin.
Dahi Nizami demişkən: "Kamil bir palançı olsa da insan, yaxşıdır yarımçıq papaqçılıqdan". TQDK-nı çox özləyirik", - deyə ekspert bildirib.
Aytəkin TOFİQQIZI