"Qeyri-ixtisas fənləri ləğv olunmalıdır"

 15:59 11.03.2025     617

"Uğurlu universitet modelinə hal-hazırda ölkə miqyasında çox az sayda nümunə göstərə bilərik. Bura BANM, ADİU, BDU, Xəzər və sair universitetlər daxildir".

Bu fikirləri Redaktor.az a təhsil eksperti Elçin Əfəndi Azərbaycanda uğurlu universistet modeli ilə bağlı danışarkən bildirdi.

"İlk növbədə tələbələrin yüksək keyfiyyətli təhsil alma imkanı əsas şərt olmalıdır. Güclü müəllim-professor heyəti, kampusu olan univetsitetlər daha çox uğurludur. Tələbələrin təcrübə imkanları, müəssisələrlə əməkdaşlıq və karyerə imkanları universitetə reytinq qazandıran amillərdəndir. Tələbələrin xarici təhsil imkanları genişləndirilməlidir. Onlara bu sahədə təkliflər verilməlidir", - deyə o qeyd etdi.

Ekspert əlavə etdi ki, tədrisin təşkili əyani formada daha keyfiyyətlidir:

"Digər formalarda, yəni qiyabi və distant tədris təşkili bir o qədər uğurlu deyil. Biz ümumiyyətlə ali təhsildə islahatlar aparmalıyıq. Ali təhsildə keyfiyyəti təmin etməliyik. Qeyri-ixtisas fənləri ləğv olunmalı və daha qısa müddətdə kadr hazırlığı həyata keçirilməlidir".

Aytəkin TOFİQQIZI