"Şagirdlərin ev tapşırığı ilə həddindən artıq yüklənməsinin guya nə faydası olacaq ki?"

"Hazırda dünyanın bir çox ölkələrində məktəblərdə ev tapşırıqları ilə bağlı məhdudlaşdırılma siyasətini yeridir. Bir qisim ölkələrdə isə minimuma endirilib".
Redaktor.az xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, təhsil eksperti Elmin Nuri deyib.
"Doğrudur, ev tapşırıqlarını tamamilə ləğv edən ölkə yoxdu. Bəzən Finlandiya və İsveçlə bağlı bunu deyirlər, yanlışdır, burada minimuma endirilib, ləğv olunmayıb.
Ümumiyyətlə, yeni kurikulum islahatları, çevik təhsil modullarına keçid ev tapşırıqlarını yüngülləşdirməyi aktuallaşdırır.
Bəs, bu məsələdə durum niyə kritikdir? Xüsusən də ibtidai təhsildə şagirdlərin ev tapşırığı ilə həddindən artıq yüklənməsinin guya nə faydası olacaq ki? Bu məsələ də illərdir ki, açıq qalıb", - deyə o əlavə edib.
Turan İSMAYIL