Qəbul imtahanında ən yüksək balı bu xanım TOPLADI

 16:50 14.03.2025     443

Ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının (I cəhd) yekun nəticələri açıqlanıb. İmtahanda 1 nəfər 97.5 bal toplamaqla iştirakçılar arasında ən yüksək nəticəni göstərib.

Redaktor.az modern.az-a istinadla xəbər verir ki, imtahanda ən yüksək balı Fidan Babayeva toplayıb.

O, Bakı Ali Neft Məktəbinin informasiya təhlükəsizliyi ixtisası üzrə 5-cü kurs tələbəsidir.

Fidan Babayeva saytımıza açıqlamasında bildirib ki. imtahana çox yaxşı hazırlaşıb: "Yüksək nəticə əldə edəcəyimi gözləyirdim.Zəhmətimin qarşılığını aldığımı düşünürəm”.

O, hələlik hansı universitetdə oxumağa qərar vermədiyini, lakin magistratura pilləsini kibertəhlükəsizlik ixtisası üzrə xaricdə davam etdirmək istədiyini bildirib.