Baş nazir onların maaşlarını ARTIRDI

 17:16 19.03.2025     349

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Naxçıvan bölməsinin Aparatının işçilərinin aylıq vəzifə maaşları artırılıb.

Redaktor.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Bu Qərar 2025-ci il yanvarın 1-dən tətbiq edilir.

AMEA-nın Naxçıvan bölməsinin Aparatının işçilərinin aylıq vəzifə maaşlarının cədvəli ilə buradan tanış olmaq mümkündür.