Məktəbdəki insidentlə bağlı AÇIQLAMA

Xəbər verdiyimiz kimi, İsmayıllı şəhər İsrayıl Həsənov adına 1 saylı tam orta məktəbdə şagirdlər arasında insident yaşanıb.
Redaktor.az xəbər verir ki, məsələ ilə bağlı Dağlıq-Şirvan Regional Təhsil İdarəsindən “Qafqazinfo”ya bildirilib ki, hadisə ilə əlaqədar şagirdlərin təhsil aldığı sinfin rəhbərinə intizam tənbeh tədbiri tətbiq edilib.
“13 mart 2025-ci il tarixdə İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi tənəffüs zamanı digər sinif yoldaşının əlini zədələyib. Dərhal şagird sinif rəhbəri tərəfindən xəstəxanaya aparılıb və müvafiq tibbi yardım göstərilib. Sonrakı günlərdə hər iki şagird dərslərdə iştirak edib. Qeyd edirik ki, hadisədən sonra valideynlər məktəbə dəvət edilib, onlarla profilaktik söhbət aparılıb.
Şagirdlərin psixoloji durumu məktəb rəhbərliyi və idarə tərəfindən izlənilir. Baş verən hadisə ilə əlaqədar şagirdlərin təhsil aldığı sinfin rəhbərinə intizam tənbeh tədbiri tətbiq edilib. Hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır”, - məlumatda qeyd olunub.