Pəncəlinin qardaşı "İlin müəllimi" fəxri adına layiq görüldü - FOTO

 10:55 09.04.2025     752

2016-cı il Şanlı aprel döyüşlərində qəhrəmancasına şəhid olan Xüsusi Təyinatlı Pəncəli Teymurovun qardaşı Famil Teymurov təltif edilib. 

Redaktor.az-ın məlumatına görə, Famil Teymurov şəhid qardaşı Pəncəli Teymurov həyat yolu haqqında yazdığı yazı ona uğur gətirib. Media Araşdırma Mərkəzi və Azər.KİVİHİ tərəfindən aparılmış araşdırmalara görə, təhsil sahəsində göstərdiyi xidmətləri və gənc nəslin təhsil, təlim-tərbiyəsində səmərəli fəaliyyəti nəzərə alınaraq Teymurov Famil Nurməmməd oğlu "İlin Müəllimi" fəxri diplomu ilə təltif edilib. 

Xatırladaq ki, şəhid Pəncəli Teymurov aprelin 11-də doğulduğu Astara rayonunun Əzərüd kəndində torpağa tapşırılıb. 1981-ci il təvəllüdlü Pəncəli Teymurov hərbi xidmətini başa vurduqdan sonra könüllü olaraq, xidmətini davam etdirib. Yüksək bacarıq və peşəkarlığı, nümunəvi xidməti nəzərə alınaraq o, 24 iyun 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif olunub. 2016-cı il Şanlı aprel döyüşləri zamanı isə qəhrəmancasına şəhid olub. Ölkə başçısının göstərişi ilə ölümündən sonra “Vətən uğrunda” medalıyla təltif edilib.

Vasif ƏLİHÜSEYN

Şəkilin açıqlaması yoxdur.