Azərbaycanlı gənc dünyanın nüfuzlu universitetinə qəbul oldu

 19:19 09.04.2025     720

Xaricdə təhsil sahəsində lider olan "The Limitless Group" yeni bir uğur hekayəsini elan edir.

Redaktor.az xəbər verir ki, Azərbaycanın parlaq gənclərindən biri olan Sunal Nəbiyev Böyük Britaniyanın dünya miqyasında tanınan və nüfuzu ilə seçilən Edinburq Universitetinə (The University of Edinburgh) qəbul olub.

Edinburq Universiteti dünya reytinqlərində TOP 30-luq sırasına daxil olmaqla, həqiqətən də beynəlxalq təhsil arenasında özünə məxsus yer tutur – daha dəqiq desək, universitet TOP 27-də yerləşir. Bu nəhəng ali təhsil müəssisəsi, tələbələrə ən yüksək səviyyədə akademik bilik və təcrübə qazandırmaqla, qlobal karyera imkanları açır.

"The Limitless Group"un göstərdiyi dəstək və peşəkar məsləhət xidmətləri sayəsində Sunal Nəbiyev yalnız akademik sahədə deyil, həm də şəxsi inkişaf və beynəlxalq arenada öz potensialını reallaşdırmaq üçün ən doğru addımı atmışdır.

Bu böyük uğur, həm Azərbaycan gənclərinin qlobal təhsil sistemindəki rolunu, həm də ölkəmizin intellektual potensialını bir daha sübut edir. "The Limitless Group" rəhbərliyi Sunal Nəbiyevi təbrik edir və onun gələcək akademik və peşəkar fəaliyyətində daha böyük zirvələrə çatmasını arzulayır.

Redaktor.az