Laborant olmaq istəyənlərin nəzərinə - Qeydiyyat müddəti UZADILDI

 15:43 10.04.2025     468

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində laborant vəzifəsinə işə qəbul üzrə müsabiqəyə müraciətlərin çoxluğu nəzərə alınaraq qeydiyyat müddəti uzadılıb.

Redaktor.az xəbər verir ki, müraciət etmək istəyən şəxslər aprelin 10-u saat 15:00-dan aprelin 11-i saat 15:00-dək qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, BŞTİ-nin rəsmi saytında martın 18-i laborant vəzifəsinə işə qəbul müsabiqəsinə dair təqdim olunan link vasitəsilə qeydiyyatdan keçən şəxslərin yenidən müraciət etməsinə ehtiyac yoxdur.  

Namizədlər bu link vasitəsilə müsabiqəyə dair məlumatla tanış ola bilər.