300 bal toplayan Şəhanə uğurunun sirrini AÇDI

Bakı şəhəri 91 nömrəli tam orta məktəbin şagirdi Şəhanə Abbasova buraxılış imtahanında 300 bal toplayaraq maksimum nəticə göstərib.
Redaktor.az xəbər verir ki, "Azərtac"a sevincini bölüşən Şəhanə ona dəstək olan bütün müəllimlərinə təşəkkürünü bildirib.
O bu nəticənin əsas açarının dərslərə davamlı şəkildə qatılmaq, müəllimlərlə sıx əməkdaşlıq etmək və hər bir çətinliyi dərs zamanı aradan qaldırmaq olduğunu söyləyib: “Məktəbə dərs buraxmadan mütəmadi şəkildə gedirdim. Mənə aydın olmayan sualların izahını dəfələrlə öyrənmək imkanım oldu. Anladım ki, məktəb dərslərində fəal iştirak etməklə uğur əldə etmək mümkündür.”
Şəhanə hər bir fənni maraqla öyrəndiyini və xüsusilə Azərbaycan dili fənnində qarşılaşdığı çətinlikləri əzmkarlıqla aradan qaldırdığını deyib.
O, gələcək planlarından da danışıb: “Bakı Ali Neft Məktəbinə hazırlaşıram. Kimya mühəndisliyi ixtisası üzrə təhsil almaq istəyirəm. Çalışacağam ki, bilik və bacarıqlarımı millətimizin gələcək uğurları üçün daha da inkişaf etdirim”.