Bağça müdiri vəzifəsi üzrə müsahibələrə start VERİLDİ

 18:11 15.04.2025     814

Aprelin 22-dən 25-dək keçiriləcək müsahibə mərhələsində namizədlərin ünsiyyət və təqdimat bacarıqları, liderlik və idarəetmə keyfiyyətləri, eləcə də məktəbəqədər təhsil sahəsində pedaqoji və metodiki hazırlıq səviyyəsi qiymətləndiriləcək.

Bu barədə Redaktor.az-a MÜTDA-dan məlumat verilib.

Qeyd edilib ki, Müsahibələrin keçiriləcəyi tarix və məkan barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.

Xatırladaq ki, test imtahanı mərhələsini uğurla tamamlayan 214 namizəd müsahibədə iştirak hüququ qazanıb.

Vumart və Güvən reklamı Vumart Güvən