Daha bir tələbə vəfat ETDİ

 16:18 16.04.2025     417

Azərbaycan Dövlət Pedaqoji Universitetinin I kurs tələbəsi Balaxanım Əliyeva vəfat edib.

Redaktor.az xəbər verir ki, bu barədə universitetin Mətbuat xidməti məlumat yayıb. 

B.Əliyeva universitetin Kimya və biologiya fakültəsinin “Kimya müəllimliyi” ixtisası üzrə təhsil alırmış. 

Qeyd edək ki, ötən gün Azərbaycan Texniki Universitetinin tələbəsi Nihad Məmmədlinin özünü güllələyərək öldürməsi ilə bağlı məlumat yayılmışdı. İki gün əvvəl isə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) I kurs tələbəsi Fuad Mirzəyev ürəktutmadan vəfat etmişdi.