300 bal toplayan Əliəkbər: "Həkimliyə hazırlaşıram"

 17:39 17.04.2025     2907

Astara rayonu Ərçivan qəsəbə N.Kərimov adına 3 saylı orta məktəbin şagirdi Əliəkbər Ağayev 9 mart tarixində keçirilmiş buraxılış imtahanından 300 bal toplayaraq maksimum nəticə göstərib.

Redaktor.az ilə sevincini bölüşən Əliəkbər bildirdi ki, yaxşı bal yığacağını gözləyirmiş.

"Təbii ki, sevincliyəm. Yaxşı bal yığacağımı bilirdim. Amma 300 bal yığacağımı gözləmirdim. 300 bal topladığımı görəndə çox sevindim. Əslində, normalda sevincimi anam və atamla bölüşəcəkdim. Anam və atam evdə olmadıqları üçün sevincimi bacımla bölüşdüm. Daha sonra valideynlərimə zəng edib xəbər verdim. Müəllimlərimin isə sonradan xəbərləri oldu və hər biri məni təbrik etdi".

Əliəkbər gələcəkdə yiyələnmək istədiyi peşə haqqında da danışdı.

"Builki imtahan asan idi. Amma nisbətən Riyaziyyat çətin idi. İngilis dili isə çox rahat idi. 4-cü qrupa hazırlaşıram. İxtisas olaraq həkimliyə hazırlaşıram. İstəyim Azərbaycan Tibb Universitetidir. Tədrisin hansı dildə olması ilə bağlı dərindən düşünməmişəm".

Repetitor yanında hazırlığa gedib-getməməyi barədə sualımıza isə Əliəkbər belə cavab verdi:

"Hazırlıqlara əvvəl daha çox gedirdim. İndi isə daha az gedirəm".

Aytəkin TOFİQQIZI