"Ailəmə və yoluma işıq tutan müəllimlərimə borcluyam" - 300 bal toplayan Xədicə

 18:04 17.04.2025     1206

Ağsu rayonu İlxıçı kənd orta məktəbinin şagirdi Xədicə Rəhimova 9 mart tarixində keçirilən buraxılış imtahanından 300 bal toplayaraq, maksimum nəticə əldə edib.

Redaktor.az-a danışan Xədicə bildirdi ki, sevincini ilk atası ilə bölüşüb.

"Uğurumu davamlı və keyfiyyətli çalışmağıma, səhvlərim üzərində durub dərs çıxarmağıma və təbii ki, ailəmə, yoluma işıq tutan müəllimlərimə borcluyam. Bəli, yüksək nəticə gözləyirdim, amma maksimuma əmin deyildim".

Xədicə bildirdi ki, 3-cü ixtisas qrupuna hazırlaşır.

"Hazırlığlara gedirəm. İstəyim hüquqşünas olmaqdır. Hüqüqşunas olmaq istədiyimə 10-cu sinifdə qərar vermişəm. DİA və ya BDU arasında seçim etməyi düşünürəm. İmtahan isə gözlədiyimdən asan idi", - deyə o qeyd etdi.

Aytəkin TOFİQQIZI