300 bal toplayan Aysel respublika çempionu imiş - FOTO

9 mart tarixində keçirilmiş XI siniflərinin buraxılış imtahanlarında maksimum bal toplayanlardan biri də Saatlı rayon Əlisoltanlı kənd M.Əliyev adına tam orta ümumtəhsil məktəbinin şagirdi Aysel Səfərovadır.
Redaktor.az xəbər verir ki, o, Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanda 300 bal toplayıb.
Qeyd edək ki, Aysel dəfələrlə televiziya ekranlarında yayımlanan müxtəlif intellektual yarışlarda respublika çempionu olub. O, həmçinin iki dəfə Respublika Fənn Olimpiadasının mükafatçısı olub.
Turan İSMAYIL

















