"DİM blok imtahanı suallarını çətin salarsa, dövlətin plan yerləri dolmaya bilər"

 20:18 22.04.2025     238

"Dövlət İmtahan Mərkəzi (DİM) mtahanın ikinci mərhələsinin (blok imtahanı) suallarını çətin salarsa, dövlətin plan yerləri dolmaya bilər. Bu da bəzi abituriyentlərin xarici ölkə universitetlərinə müraciət etməsi ilə nəticələnə bilər".

Redaktor.az xəbər verir ki, bunu təhsil eksperti Ramin Nurəliyev deyib. 

"Düşünülərsə ki, plan yerləri keçən ilkindən 4-5 min civarında artacaq, DİM sualları buna görə tənzimlənməlidir. Niyə bizim pullarımız xaricə axmalıdır ki, elə özümüzdə qalsa daha yaxşı olmazmı?
Düşünürəm ki, DİM bu məsələdə daha diqqətli olmalı, blok imtahanı suallarını keçən ilkindən asan salmalıdır" - ekspert bildirib. 

Onun sözlərinə görə, hazırda 130000 ətrafında abituriyent ali və orta ixtisas təhsili müəssisələrinə qeydiyyatdan keçərək müsabiqədə iştirak edəcəyini bəyan edib.

"Hardasa minimum 30000 subbakalavr da buna əlavə etsək təxmini 160000 ətrafında müsabiqə iştirakçısı edir. Bundan da, plan yerlərini ümumi olaraq ali və orta ixtisas təhsili müəssisələrində 80000 deyəriksə, digər 80000 abituriyentin kəsiləcəyi şübhə doğurmur. Yəni, təxmini hər 2 nəfərdən biri nə olursa olsun musabiqədən kəsiləcək kimi görünür", - deyə Ramin Nurəliyev qeyd edib. 

Turan İSMAYIL