Qarabağ Universiteti müəllim vakansiyaları elan ETDİ

 20:32 22.04.2025     121

Qarabağ Universiteti “Hüquqşünaslıq”, “Psixologiya”, “Tarix” və “Beynəlxalq münasibətlər” ixtisasları üzrə müəllim vakansiyaları elan edir.

Bu barədə Redaktor.az-a Elm və Təhsil Nazirliyindən bildirilib.

Tələblərə cavab verən namizədlər məktubun mövzu hissəsində müraciət olunan vakansiyanın birinin və ya bir neçəsinin adını (nümunə: Cinayət-Prosessual Hüquq istiqaməti üzrə müəllim) qeyd edərək [email protected] elektron poçt ünvanına göndərə bilərlər.