Vətən müharibəsi şəhidimizin övladları olimpiadada qızıl və bürünc medal qazandılar - FOTO

 16:30 23.04.2025     131

Şəhid Əli Ələkbərovun övladları Türkiyənin Antalya şəhərində keçirilən Türk Dünyasının II Beynəlxalq Riyaziyyat Olimpiadasında (TİMO) uğur qazanıblar.

Redaktor.az xəbər verir ki, olimpiadanın final mərhələsində şəhidin qızı Nazlı Ələkbərzadə və oğlu Əkbər Ələkbərzadə qızıl və bürünc medal əldə ediblər.

N.Ələkbərzadə 18 ölkəni təmsil edən 1 399 iştirakçının mübarizə apardığı final mərhələsində bütün sualları düzgün cavablandıraraq 100 faizlik nəticə göstərib və qızıl medal qazanıb. O, eyni zamanda fərdi göstəricilər üzrə dünya üçüncüsü olub.

Ə.Ələkbərzadə isə final mərhələsində bürünc medal qazanıb.

Qeyd edək ki, şəhid Əli Ələkbərov Vətən müharibəsində Suqovuşanın və Ağdamın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Göstərdiyi şücaətə görə Prezidentin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib (Qafqazinfo).