Dövlət İmtahan Mərkəzindən növbəti süründürməçilik... - Ekspertdən ETİRAZ

"Keçən ilin məzunlarının buraxılış imtahanı nəticəsi bu il də qüvvədədir. Amma çox təəssüf olsun ki, bu il buraxılış imtahanında təkrar iştirak etməyən abituriyentləri Dövlət İmtahan Mərkəzi (DİM) blok imtahanı üçün qeydiyyatdan keçməyə icazə vermir və məhdudiyyət tətbiq edir. Bu, çox böyük biabırçılıqdır".
Redaktor.az xəbər verir ki, bu barədə təhsil eksperti Ramin Nurəliyev özünün feysbuk hesabında "Dövlət İmtahan Mərkəzindən növbəti süründürməçilik" başlıqlı postunda yazıb.
Onun sözlərinə görə, uşaq keçən ilin buraxılış balı ilə bu il istifadə edərək qəbul prosesində iştirak edə bilər.
"Bu, Dövlət İmtahan Mərkəzinin abituriyentlərə verdiyi hüququdur. Amma çox təəssüf olsun ki, hazırda yüzlərlə abituriyent 6 aprel imtahanında iştirak etmədiyi üçün blok imtahanına buraxılmır. Niyə DİM bu məsələni tənzimləmir? Bəlkə keçən ilki abituriyentin bu ilki buraxılış imtahanında iştirak etməsi üçün maddi imkanı yoxdur, bu il hazırlaşa bilməyib, ona görə də, builki buraxılış imtahanında iştirak etmək istəmir. Keçən ilki buraxılış balı ilə müraciət etmək istəyir.
Niyə keçənilki qız abituriyent gedib DİM-də ərizə yazmalıdır?
Dövlət İmtahan Mərkəzi bu məsələyə aydınlıq gətirməli və açıqlama verməlidir...", - deyə R.Nurəliyev bildirib.
Turan İSMAYIL