Bu məktəblərə I sinifə qəbul üzrə müsabiqə mərhələsi LƏĞV OLUNDU

 13:48 01.05.2025     214

Bəzi təhsil müəssisələrində I sinifə qəbul üzrə müsabiqə mərhələsi ləğv olunub.

Bu barədə Redaktor.az-a MÜTDA-dan məlumat verilib.

Aşağıdakı təhsil müəssisələrində müsabiqə mərhələsi ləğv olunub:

“Ankara məktəbi” məktəb-liseyi

160 nömrəli Klassik gimnaziya

İ.Hacıyev adına “Tərəqqi” texniki-humanitar liseyi

Bu məktəblərə qəbul yalnız prioritet əsasında və sərbəst qaydada aparılacaq.

***

Daha 6 məktəbdə I sinifə qəbul üzrə müsabiqə mərhələsi ləğv edilə bilər.

Bu barədə Redaktor.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, İ.Əfəndiyev adına Elitar gimnaziya, Bakı Slavyan Universiteti nəzdində məktəb-lisey kompleksi, T.Həsənov adına 23 nömrəli tam orta məktəb, 132-134 nömrəli Təhsil Kompleksi, T.İsmayılov adına 6 nömrəli məktəb-lisey, “Zəngi” liseyində I sinifə qəbul üzrə müsabiqənin keçirilib-keçirilməməsi müraciət sayına əsasən qərarlaşdırılacaq.