MÜTDA-dan övladı avtomatik I sinfə keçən valideynlərə MÜRACİƏT

 16:47 01.05.2025     163

30 aprel 2025-ci il tarixində Azərbaycan bölməsi üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında təhsil alan 85 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib. Hansı valideyn avtomatik təyin edilmiş məktəb və müəllim seçimi ilə razılaşmasa, bu gündən etibarən sorğusunu ləğv edə bilər.

Redaktor.az xəbər verir ki, bunu MÜTDA-nın Ümumi təhsilin təşkili şöbəsinin baş məsləhətçisi Fəridə Bilişzadə bildirib.

"Sorğunu dəyişmək istəyən valideynlər 6 may 15:00-dan etibarən digər məktəbi və müəllimi seçə bilərlər", - o qeyd edib.

F.Bilişzadə deyib ki, şərtləri ödəyən vətəndaşın sorğusu təsdiqlənir:

"Sorğusu təsdiqlənməyən vətəndaşlar 5 iyun saat 11:00-dan sonra boş qalan yerlərə müraciət edə bilər".