Ali məktəblərə tələbə qəbulu qaydaları DƏYİŞDİ - QƏRAR

 14:56 02.05.2025     804

Nazirlər Kabineti “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda aşağıdakı dəyişikliklər edib.

Redaktor.az xəbər verir ki, ixtisas qrupları və ixtisaslar yeni redaksiyada təsdiqlənib:

Qərara əsasən, filologiya ixtisasının xarici dil və xarici ölkə ədəbiyyatı ilə bağlı olan ixtisaslaşmalarına, habelə tərcümə ixtisasının ixtisaslaşmalarına qəbul olmaq istəyən bakalavrlar ixtisaslaşma dilini xarici dil kimi seçə bilməzlər.

Eyni zamanda, regionşünaslıq ixtisasının Amerika, ABŞ, Kanada, Böyük Britaniya üzrə ixtisaslaşmalarına qəbul olmaq istəyən bakalavrlar xarici dil kimi yalnız ingilis dilini, Almaniya üzrə ixtisaslaşmasına qəbul olmaq istəyən bakalavrlar yalnız alman dilini, Fransa üzrə ixtisaslaşmasına qəbul olmaq istəyən bakalavrlar isə yalnız fransız dilini seçməlidirlər.

22222