Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbuluna BAŞLANILDI

13 may saat 11:00-dan ali təhsil pilləsinin doktorantura səviyyəsinə sənəd qəbulu prosesinə başlanılıb.
Bu barədə Redaktor.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Sənəd qəbulu prosesi elektron qaydada portal.edu.az vasitəsilə həyata keçirilir.
Sənəd qəbulu 2 iyun tarixində başa çatacaq.
Doktoranturaya sənəd qəbuluna dair ən çox soruşulan suallar və cavabları ilə linkə daxil olaraq tanış ola bilərsiniz: https://edu.gov.az/uploads/Ali-tehsil/2025/dokturantura-qebul-telimat.pdf