4-6-cı sinif şagirdləri üçün monitorinq imtahanları KEÇİRİLƏCƏK

 13:14 13.05.2025     334

"4-6-cı sinif şagirdləri üçün monitorinq imtahanları keçiriləcək. Bu, tədrisin keyfiyyəti üçündür".

Redaktor.az-ın məlumatına görə, bu barədə jurnalistlərlə söhbətində Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bildirib.

Onun sözlərinə görə, monitorinq imtahanlarında 310 mindən çox şagird iştirak edəcək.

“İlk dəfə bu il 10 minə yaxın şagird bu imtahanları elektron qaydada verəcək”, - deyə Bağırov əlavə edib.