Qarabağ Universitetinin yeni tədris korpusu inşa OLUNACAQ

 16:03 13.05.2025     115

Qarabağ Universitetinin yeni tədris korpusu inşa olunacaq.

Redaktor.az-ın iqtisadiyyat.az-a istinadla məlumatına görə, bu, universitetin Biznes və İqtisadiyyat korpusu olacaq.

Biznes və İqtisadiyyat korpusları üçün layihə-smeta sənədlərini “İdeal Project” şirkəti hazırlayacaq. Korpusun tikinti işlərinin icrasını isə “Azinvest İnşaat” Qapalı Səhmdar Cəmiyyəti həyata keçiriləcək. Artıq bununla bağlı Elm və Təhsil Nazirliyi ilə şirkət arasında müqavilə də bağlanılıb.

Müqaviləyə əsasən, layihə-smeta sənədlərinin hazırlanması 698 914 manata, korpusun tikintisi isə 28 600 000 manata başa gələcək.

Bundan əlavə, Qarabağ Universitetinin yataqxanasının yeni korpusunun təmiri və abadlaşdırma işləri nəzərdə tutulub. Nazirlik bu işləri isə “Global İnterios Group”a həvalə edib və onunla müqavilə bağlayıb. Müqaviləyə əsasən, yataqxananın yeni korpusunun təmir və abadlaşdırma işləri 2,5 milyon manata başa gələcək.