Monitorinqin nəticələri şagirdin sinifdən sinfə keçmələrinə təsir göstərir? - Təhsil İnstitutu

 13:07 16.05.2025     147

Monitorinqin nəticələri şagirdin məktəbdaxili qiymətləndirməsinin nəticələrinə və sinifdən sinfə keçmələrinə təsir göstərmir. Bu barədə məktəb sənədlərində qeyd aparılmır.

Redaktor.az xəbər verir ki, bu barədə Təhsil İnstitundan bildirilib.

Qeyd olunub ki, monitorinqlərin keçirilməsində əsas məqsəd şagird nailiyyətlərinin yaxşılaşdırılması, şagirdlərdə müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığının müəyyən edilməsi və tədrisin keyfiyyətinin artırılması istiqamətində tədbirlərin görülməsidir.

Qeyd edək ki, mayın 17-də paytaxtdakı ümumi təhsil müəssisələrinin IV sinifləri, mayın 18-də isə VI sinifləri üzrə monitorinq təşkil olunacaq.