"Son zəng"də şagirdlər nizam-intizam qaydalarına uyğun geyim formasında olmalıdırlar - RƏSMİ

Agentlik tərəfindən təhsil müəssisələrinə göndərilmiş təlimatda tədbirdə iştirak edəcək şagirdlərin xarici görkəminin və geyiminin oxuduğu təhsil müəssisəsinin nizam-intizam qaydalarına uyğun və səliqəli olmasının təmin edilməsi öz əksini tapıb.
Redaktor.az APA-ya istinadla xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, şagirdlərin məktəbli formalarında olmaları tövsiyə edilir.