Qəzada həlak olan Əşrəf bu universitetin tələbəsi İMİŞ

Xəbər verdiyimiz kimi, Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. Qəza nəticəsində mopeddə olan sərnişin Əşrəf Mirzəyev vəfat edib.
Redaktor.az xəbər verir ki, Vətən müharibəsi şəhidi Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu Əşrəf Mirzəyevin Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) 4-cü kurs tələbəsi olduğunu bildirib. Onun sözlərinə görə, çox ağıllı, mədəni və mehriban olan Əşrəf atasını da erkən itiribmiş. O, universiteti bitirib iyul ayında əsgər getməyə hazırlaşırmış.
Qeyd edək ki, yol-nəqliyyat hadisəsi Nəsimi rayonu, Həsən Əliyev küçəsində baş verib.
Sadəddi Ağakişiyevin idarə etdiyi “Toyota Prius C” markalı avtomobillə Samir Məmmədovun idarə etdiyi “Minsk” markalı moped toqquşub. Nəticədə mopeddə olan sərnişin 21 yaşlı Əşrəf Mirzəyev müxtəlif dərəcəli xəsarətlər alıb. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.
Vasif ƏLİHÜSEYN