"Bunlar ibtidai sinif səviyyəsində düz yaza bilmirlər, qalxıb uşaqların nəticələrini monitorinq edirlər" - FOTOFAKT

"Özləri Azərbaycan dilini bilmədikləri üçün deyirmişlər ki, "Azərbaycan dili məhv olacaq".
Redaktor.az xəbər verir ki, bunu filologiya üzrə fəlsəfə doktoru Könül Aydın özünün feysbuk hesabında yazıb. O, daha sonra bunları qeyd edib:
""Sinifdən sinfə keçmək" feili birləşməsində "sinifdən sinfə" ifadəsini mürəkkəb zərf hesab edərək defislə və orfoqrafik səhvlə yazan təhsil qurumu dördüncü və altıncı siniflərin bilik və bacarıqlarını monitorinq edir.
Utanmazlar! O monitorinqin nəticələri ləğv edilsin!
Mən deyəndə ki, bunların arasında elm və təhsil adamı qalmayıb, hamısı bazar adamıdır, inciyirdilər. Baxın, bunlar ibtidai sinif səviyyəsində düz yaza bilmirlər, qalxıb uşaqların nəticələrini monitorinq edirlər".
Vasif ƏLİHÜSEYN
