Birinci sinfə qəbulu prosesi TAMAMLANDI

 12:32 20.05.2025     455

Bu günə qədər 104 minə yaxın uşağın birinci sinfə qəbulu prosesi tamamlanıb.

Bu barədə Redaktor.az-a MÜTDA-dan məlumat verilib.

Bildirilib ki, mayın 6-dan etibarən həyata keçirilən 2025-2026-cı tədris ili üzrə uşaqların I sinfə elektron qəbulu prosesi davam edir.

Məlumata görə, rus bölməsi üzrə müsahibəyə yazılma prosesinə 6 may tarixindən etibarən başlanılıb və 20 may 2025-ci il saat 18:00-da başa çatacaq. 05 iyun saat 11:00-dan etibarən Azərbaycan bölməsi üzrə, 17 iyul saat 11:00 tarixindən isə rus bölməsi üzrə sərbəst qaydada məktəb və müəllim seçimi həyata keçiriləcək.

Proses www.mektebeqebul.edu.az portalı vasitəsilə elektron şəkildə həyata keçirilir.
İnternetə çıxış imkanı olmayan vətəndaşlar isə aidiyyəti üzrə:
– Alternativ qeydiyyat mərkəzlərinə
– Agentliyin və təhsili yerli idarəetmə bölmələrinin çağrı mərkəzlərinə
– ASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər.

Qeyd edək ki, qəbul prosesi 12 sentyabr 2025-ci il tarixinədək davam edəcək.