Bakıda iki məktəb direktoruna şiddətli töhmət VERİLDİ

Bakıda iki məktəb direktoruna şiddətli töhmət verilib.
Bu barədə Redaktor.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, əmək fəaliyyətində yol verdikləri nöqsanlara görə Bakı şəhəri 275 nömrəli tam orta məktəbin direktoru Elnur Hüseynova və 278 nömrəli tam orta məktəbin direktoru Sevinc Hüseynovaya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.
Gələcəkdə analoji hallara yol verəcəkləri təqdirdə barələrində daha ciddi intizam tənbeh tədbirinin tətbiq ediləcəyi nəzərlərinə çatdırılıb.