Nazir Toğrulun uğur hekayəsindən yazdı - VİDEO

 13:06 21.05.2025     523

Xəbər verdiyimiz kimi, 31 yaşında Bərdə Peşə Təhsil Mərkəzinin məzunu olan və Ağdam Sənaye Parkında elektrik kimi işə başlayan Dadaşzadə Toğrulun iş həyatındakı uğuru maraqla qarşılanıb.

Redaktor.az xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev Toğrulun uğur hekayəsi ilə bağlı özünün feysbuk səhifəsində bunları yazıb:

"Toğrulun uğur hekayəsi peşə təhsilindən başlayır. Bərdə Dövlət Peşə Təhsil Mərkəzinin məzunu olan Toğrul Ağdam Sənaye Parkında elektrik kimi fəaliyyətə başlayıb. O, Qarabağa yenidən həyat bəxş edilməsində yaxından iştirakından böyük qürur hissi keçirir, fəaliyyətinə görə peşəsinə borclu olduğunu deyir.

Bu sadəcə bir gəncin uğur hekayəsi deyil – illərlə nisgillə baxdığımız torpaqlara həyat və ümidin geri qayıdışıdır. Böyük qayıdışla bu torpaqlarda təhsil infrastukturu yenilənir, müasir, innovasiyalara əsaslanan təhsil müəssisələri fəaliyyətə başlayır".

Vasif ƏLİHÜSEYN