Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ - sənəd qəbulu BAŞLADI

2025-2026-cı tədris ili üçün keçiriləcək dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə start verilir.
Bu barədə Redaktor.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Müsabiqə üzrə qeydiyyat 22 may saat 11:00-dan 29 may saat 11:00-dək davam edəcək.
Qeyd edək ki, müsabiqədə iştirak etmək istəyən namizədlər “Digital Login” əldə etdikdən sonra www.miq.edu.az saytına daxil olaraq qeydiyyatdan keçə biləcəklər.