""Sənin 65 yaşın tamam olub, çıx təqaüdə” prinsipi düzgün deyil" - Keçmiş təhsil naziri

 16:34 22.05.2025     409

"Müəllimlik elə bir sənətdir ki, orada fiziki əmək yox, əqli əmək prosesi lazımdır".

Keçmiş təhsil naziri, professor Firudin Cəlilov bu fikri Redaktor.az-a müəllimlərin 65 yaşından sonra təqaüdə çıxma məsələsindən danışarkən bildirdi.

"İnsan yaşlandıqca daha da ağıllanır. Buna görə müəllimlərin yaşı ilə fəhlənin yaşı arasında fərq olmalıdır. Alimlər, müəllimlər yaşlandıqca müdrikləşirlər, təcrübələri dəfələrlə artır. Müəllimləri yaşına görə təqaüdə göndərmək düz deyil. Müəllim nə vaxt hiss edir ki, o işə gedə bilmir, yeriyə bilmir, gedib dərs deyə bilmir, öz xoşu ilə ərizəsini yazıb təqaüdə çıxa bilər. Amma “sənin 65 yaşın tamam olub, çıx təqaüdə” prinsipi düzgün deyil", - deyə alim bildirdi.

Aytəkin TOFİQQIZI