Qarabağ Universitetinə daha çox yer ayrıldı

 11:38 23.05.2025     832

Qarabağ Universitetində bu il üçün plan yerlərinin sayı 28.5 faiz artırılaraq 1440-a çatdırılıb.

Redaktor.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə qəbul imtahanlarının başlaması ilə əlaqədar keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, bu addım regionun yüksək ixtisaslı kadrlara olan tələbatını ödəməyə yönəlib.