Bakı Türk Liseyinin iki şagirdi rekord nəticə göstərdi - FOTO

 15:47 24.05.2025     511

Aprelin 13-də Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələrinə əsasən, Bakı Türk Liseyinin (Türkiyə Dəyanət Vəqfi) şagirdləri Ləman Cəfərli və Toğrul Zeynallı bütün sualları düzgün cavablandıraraq 300 bal toplayıblar.

Redaktor.az xəbər verir ki, bu barədə liseyin feysbuk səhifəsindəki paylaşımda deyilir.

"Bu böyük nailiyyət münasibətilə şagirdlərimizi və onların müəllimlərini səmimi-qəlbdən təbrik edir, gələcək uğurlarının davamlı olmasını arzulayırıq!", - paylaşımda qeyd olunub.

Xatırladaq ki, sözügedən imtahanda 8 şagird maksimal bal toplayıb.

Turan İSMAYIL

2