300 bal toplayan daha bir şagirdimizi tanıyaq - FOTO

 16:13 24.05.2025     616

Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2025-ci il aprelin 13-də keçirilən buraxılış imtahanında 8 nəfər maksimal - 300 bal toplayıb.

Redaktor.az xəbər verir ki, onlardan da biri Bakı şəhər 302 saylı tam orta məktəbin IX sinif şagirdi Dəniz Elşən qızı Hüseynzadədir.

Həmin məktəbin sosial şəbəkə hesabında Dənizlə bağlı paylaşımda deyilir:

"Dənizin təhsili ilə yanaşı dərsə davamiyyəti də yüksək olub.

Bu böyük nailiyyət münasibətilə şagirdimizi, valideynlərini və üzərində əməyi olan müəllimlərimizi təbrik edirik.

Uğurların davamlı olsun, əziz şagirdimiz!"

Turan İSMAYIL

2