Dördüncü kurs tələbəsi faciəvi şəkildə ÖLDÜ

 16:30 24.05.2025     213

Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsi faciəli şəkildə dünyasını dəyişib.

Redaktor.az xəbər verir ki, bu haqda universitetin sosial şəbəkə hesabında məlumat paylaşılıb.

Universitetin İncəsənət və fiziki tərbiyə fakültəsinin Təsviri incəsənət müəllimliyi ixtisasının IV kurs tələbəsi Əmirova Gülnar Sabir qızının avtomobil qəzasında həlak olduğu bildirilir.