"Bu yüksək nəticə Aminin əzmi, biliyi və məsuliyyətinin parlaq göstəricisidir"

"Fəxrlə bildiririk ki, məktəbimizin 9a sinif şagirdi Amin Quluzadə 13 aprel 2025-ci il tarixində keçirilmiş ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında maksimal – 300 bal toplamışdır".
Redaktor.az xəbər verir ki, bu barədə Bakı şəhər 165 saylı tam orta məktəbin sosil şəbəkə hesabındakı paylaşımda deyilir.
"Bu yüksək nəticə Aminin əzmi, biliyi və məsuliyyətinin parlaq göstəricisidir. Ona bu uğurda dəstək olan bütün müəllimlərinə və valideynlərinə təşəkkür edirik.
Amini təbrik edir, gələcək təhsil həyatında daha böyük nailiyyətlər arzulayırıq!", - paylaşımda qeyd olunub.
Xatırladaq ki, sözügedən imtahanda 8 nəfər rekord nəticə göstərib.
Turan İSMAYIL