300 bal toplayanlar arasında gimnaziya şagirdi də var - FOTO

2024-2025-ci tədris ilinin Ümumi orta təhsil səviyyəsi üzrə (9 illik) buraxılış imtahanlarında S.Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyanın 9c sinif şagirdi Ayxan Tahirov maksimum 300 bal toplayıb.
Redaktor.az xəbər verir ki, gimnaziyanın sosial şəbəkə hesabında Ayxanla bağlı paylaşım edilib.
"Ayxanı, onun valideynlərini və müəllimlərini təbrik edirik!" - deyə paylaşımda deyilir.
Qeyd edək ki, aprelin 13-də keçirilmiş həmin imtahanda 8 şagird rekord nəticə göstərib. İmtahanın nəticələri Dövlət İmtahan Mərkəzi tərəfindən ötən gecə açıqlanıb.
Turan İSMAYIL
