"Onları bu "bazarkomlarla" qarışdırmayaq" - Ekspertdən DİM sədrinə REAKSİYA

 18:48 24.05.2025     217

"Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadənin dünən vurğuladığı o "ekspertlər" əsasən "TikTok", "İnstagram", "Youtube" üzərindən işlərini quran, "fəaliyyətləri" guya ixtisas seçimi və texniki xidmətlərdən o tərəfə keçməyən şəxslərdir. Onların çoxusunu biz tanımırıq. Amma çox güclü monupulyativ addımlar atır, özlərini "ekspert" kimi sırımaqla bazara işləyirlər".

Redaktor.az xəbər verir ki, bunu özünün feysbuk hesabında Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, təhsil eksperti Elmin Nuri yazıb.

"Təhsilə ürəkdən bağlı olan təhlilçilər, tədqiqatçılar və mütəxəssislər var ki, onları bu "ekspertlərlə" daha doğrusu, "bazarkomlarla" qarışdırmayaq, lütfən", - deyə o əlavə edib.

Turan İSMAYIL