Azərbaycanda müəllim faciəvi şəkildə vəfat ETDİ

 17:57 25.05.2025     1266

Göygöl rayon 1 nömrəli tam orta məktəbin müəllimi, 1963-cü il təvəllüdlü Dilarə Qazıyeva vəfat edib. 

Redaktor.az xəbər verir ki, səhhətində problem yaranan pedaqoq yaxınları tərəfindən Göygöl rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. 

İlkin ehtimala görə, qadın sirkə turşusundan zəhərlənib və vəfat edib (Qafqazinfo).