Ötən il təhsil xərclərinə istifadə olunan vəsaitin məbləği AÇIQLANDI

Ötən il dövlət büdcəsindən təhsil xərclərinə 4550,3 milyon manat məbləğində vəsait ayrılıb.
Redaktor.az xəbər verir ki, bununla bağlı məsələ "2024-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsində öz əksini tapıb.
Layihəyə görə, aidiyyəti sifarişçi təşkilatların xərc sifarişlərinə uyğun olaraq 4390,0 milyon manat məbləğində vəsait istifadə olunub. Bu da proqnoza nisbətən 160,3 milyon manat və ya 3,5 faiz az, 2023-cü illə müqayisədə isə 265,2 milyon manat və ya 6,4 faiz çoxdur. Hesabat ilində təhsil xərcləri ÜDM-in 3,5 faizini (2023-cü illə müqayisədə 0,1 faiz-bənd çox), dövlət büdcəsi xərclərinin isə 11,6 faizini (2023-cü illə müqayisədə 0,3 faiz-bənd çox) təşkil edib.