DİM məqsədli şəkildə çətin suallar salıb ki, ikinci imtahanda pul yığsın - Ekspertdən ETİRAZ

25 may tarixində 2-3-cü qruplar üçün blok imtahanları keçirilib. Gündəm mövzu isə imtahan suallarının çətin salınmasıdır.
İmtahan suallarının çətin salınmasında əsas məqsəd nədir?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında təhsil eksperti Məzahir Məmmədli bildirdi ki, bu məsələ ilə bağlı həm tarix üzrə abituriyent hazırlayanlar, həm də faktiki olaraq tədrislə məşğul olan müəllimlərin sosial şəbəkələr üzərindən çox ciddi, əsaslandırılmış fikirləri var.
"Hesab edirlər ki, bu məsələlərdə tədrisdə olmayan bəzi şeylər var ki, imtahan suallarına salınıb. Bu məsələnin ilk tərəfidir. Digər acınacaqlı tərəf isə odur ki, Dövlət İmtahan Mərkəzi bu kimi məsələlərdə maraqlıdır. Niyə? Ona görə ki, birinci cəhd pulsuzdur. Mürəkkəbliyi ondan xəbər verir ki, onlar daha çox ödənişli imtahanlara abituriyentləri cəlb etmək məqsədilə bu kimi çətin suallar salırlar. Ciddi əsaslandırılmış fikirlər var. Bu gün bizim “Məktəbgüşəsi.az” saytında da tarix müəllimlərinin müraciəti dərc olunub. Bunu Dövlət İmtahan Mərkəzi məqsədli şəkildə edir", - deyə təhsil eksperti fikrini yekunlaşdırdı.
Aytəkin TOFİQQIZI