Universitet müəllimi vəfat etdi - FOTO

 16:19 28.05.2025     463

Azərbaycan Texniki Universitetinin (AzTU) İqtisadiyyat və statistika kafedrasının dosenti, Natiq Əhmədov uzun sürən xəstəlikdən sonra vəfat edib.

Redaktor.az xəbər verir ki, bu barədə məlumatı universitet yayıb.

Natiq Əhmədov 1960-cı ildə Bakı şəhərində anadan olub. O, 1986-cı ildən etibarən AzTU-da müxtəlif vəzifələrdə çalışıb.

2020-ci ildən etibarən isə Sənaye istehsalının planlaşdırılması və idarə edilməsinin təşkilinin iqtisadiyyatı kafedrasında (hazırda İqtisadiyyat və statistika kafedrası) fəaliyyətini davam etdirirdi.

Allah rəhmət eləsin. Məkanı cənnət olsun.