Ən yüksək balı onlar TOPLADI

 20:33 30.05.2025     615

Bu gün Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistraturalarına mayın 11-də keçirilən qəbul imtahanının (II cəhd) yekun nəticələrini elan edib.

Redaktor.az-ın məlumatına görə, imtahanda 3 nəfər 95.5 bal toplamaqla iştirakçılar arasında ən yüksək nəticəni göstərib. 

Magistratura üzrə ən yüksək bal toplayanlar Aydan Süleymanova, Nicat Əliyev və Dilşad Musayevadır.

Fotoda: Aydan Süleymanova

İmtahanda 95,5 bal toplayan A.Süleymanova UNEC-də Maliyyə ixtisası üzrə beynəlxalq iqtisad məktəbi fakültəsində bakalavr təhsili alır.

Fotoda: Nicat Əliyev 

O, Bakı Ali Neft Məktəbində proseslərin avtomatlaşdırılması ixtisası üzrə təhsil alır.

Fotoda:Dilşad Musayeva

(qafqazinfo)