Həm xəstəliklə mübarizə apardı, həm də imtahana hazırlaşdı - Sadiqdən yüksək nəticə

 22:59 30.05.2025     293

20 aprel tarixinində keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub.

Redaktor.az xəbər verir ki, uğurlu nəticə əldə edənlərdən biri də Rəcəbli Sadiqdir.

Sadiq Rəcəbli 2023-cü ildə xərçəng xəstəliyinə yaxalanıb. Hazırda ev şəraitində müalicə alan yeniyetmə, imtahana qədər dərslərə onlayn qoşulub.

Nəticədə o, bu gün elan edilən nəticələrə görə mümkün 300 baldan 254 bal toplayıb.

Qeyd edək ki, iki il öncə Sadiqin müəllimi Kamran Şeyxzamanlının təşəbbüsü ilə şagirdin müalicəsi üçün yardım kampaniyası başladılmış, yığılan 5 min manatdan çox məbləğ ailəsinə təqdim olunmuşdu.(qafqazinfo)

22